Ramil Şeydayevin komanda yoldaşı cəzalandırıldı

16:21 - 27 Yanvar 2017

“Trabzonspor” klubu əsas heyətdən uzaqlaşdırdığı Mehmet Ekicini cəzalandırıb.

 

Sportal.az xəbər verir ki, buna səbəb 26 yaşlı yarımmüdafiəçinin mətbuata müsahibə verməsi olub. Qara dəniz təmsilçisi buna görə futbolçunu 500 min TL cəzalandırıb. 

 

Lakin futbolçu heç bir qəzetə və TV-yə müsahibə vermədiyini və klubun qərarına etiraz edəcəyini bildirib.

 

Qeyd edək ki, millimizin üzvü Ramil Şeydayev də “Trabzonspo”un şərəfini qoruyur. Gənc oyunçu qış transfer pəncərəsi bitənə kimi başqa kluba icarəyə veriləcək.

Xəbər xətti