Reynaldo: "Adanaya yaxşı işlər görmək üçün gəlmişəm"

19:25 - 27 Yanvar 2017

Xəbər verdiyimiz ki, "Qarabağ"ın futbolçusu Reynaldo Silva az öncə Türkiyə Superliqasında mübarizə aparan "Adanaspor" klubu iləmüqavilə imzalayıb. 

 

Sportal.az xəbər verir ki, "sambaçı" yeni klubuna keçidi haqda fikir bildirib. O, xoşbəxt olduğunu deyib:

 

"Adanaspor" köklü komandadı. Burada olduğum üçün çox xoşbəxtəm. Uzun illər Azərbaycanda yaşadım, Türkiyəyə də yad deyiləm. Çünki Azərbaycan və Türkiyə qardaş ölkələrdir.  Adanaya yaxşı işlər görmək üçün gəlmişəm. Prezidentimiz Bayram Akgülə və keçidimdə əməyi keçən hər kəsə təşəkkür edirəm".

 

Qeyd edək ki, Reynaldo "Adanaspor"la 2,5 illik müqavilə imzalayıb. 

Xəbər xətti