Roman Qriqorçuk: "Bizə 60 yaşlı hücumçu lazımdır"

17:17 - 28 Yanvar 2017

Azərbaycan Premyer Liqasının XV turunun açılış matçında "Qəbələ" "Sumqayıt"la üz-üzə gəlib.

 

Sportal.az xəbər verir ki, Qəbələdə keçirilən qarşılaşmada meydan sahibləri gözlənilməz xal itkisi ilə üzləşib.

 

1:1 hesabı ilə başa çatan qarşılaşmadan sonra meydan sahiblərinin baş məşqçisi Roman Qiroqçruk qollu heç-heçəni belə şərh edib:

 

"Qələbə qazana bilmədik. Qol imkanlarımız çox olsa da, bundan yararlana bilmədik. Bu da o deməkdi ki, hücumların sonluğunu gətirə bilmirik. Bu problemi aradan qaldırmaq üçün zamana ehtiyac var".

 

Ukraynalı mütəxəssis hücumçu problemindən də danışıb: "Sözsüz ki, bizə hücumçu transferi lazımdı. Uşaqlarla da zarafat edirəm ki, bizə mən yaşda hücumçu lazımdı, 60 yaşı olsun. Qaçmasın, amma cərimə meydançasında dayansınn və qol vursun. Vaxtımız da azdı. Problemi həll etməyə çalışırıq".

 

Qiroqrçuk Araz Abdullayevin ilk oyunda çıxışını da dəyərləndirib: "Araz Abdullayevin böyük potensialı var. Bir birlikdə çalışaraq onun potensialını açmalıyıq".

 

Xəbər xətti