Reynaldo "Adanaspor"dakı hədəflərindən danışdı

01:22 - 29 Yanvar 2017

"Karyeram ərzində Belçikanın “Anderlext”, “Serkl Brügge” və “Vesterle” klublarında oynadıqdan sonra “Qarabağ”a transfer olunmuşam. Azərbaycan çox xoşbəxt  illər keçirmişəm. “Adanaspor”da yaxşı futbol sərgiləməyə çalışacam. Ümid edirəm ki, ailəm də Adanada xoşbəxt olacaq".

 

Sportal.az xəbər verir ki, bu sözlər “Qarabağ”dan Türkiyənin “Adanaspor” klubuna transfer olunan Reynaldoya məxsusdur.

 

Braziliyalı futbolçu bu gün yeni klubunda ilk məşqinə çıxıb. Məşqdən sonra jurnalistlərə açıqlama verən “sambaçı” Adanada xoşbəxt olduğunu deyib: “Adanaspor”da ilk günlərim xoşbəxt  keçir. Hər kəs mənə koməklik göstərir, bilmədiklərimi öyrədir. Bu da məni xoşbəxt  edir. Yeni ölkə, yeni yaşayış qəribə olsa da, qarşılanma mərasimim möhtəşəm oldu. Buna görə hər kəsə təşəkkür edirəm”.

 

Reynaldo “Adanaspor”dakı hədəflərindən danışıb: “Həmişə olduğu kimi, “Adanaspor”da hədəflərim var. Komandaya daha çox kömək etmək istəyirəm.Əlimdən gəldiyinin ən yaxşısını etməyə, çoxlu qollar vurmağa çalışacam.Hələlik hədəflərim bu qədərdir”.

 

Hücumçu Adana şəhərini bəyəndiyini də vurğulayıb: “Adana çox gözəl şəhərdi, iqlim möhtəşəmdi. Ümid edirəm ki, günəşli hava şəraiti belə də davam edər. Bir sözlə, özümü Adanada yaxşı hiss edirəm”. 

 

Xəbər xətti