Daniel Subotiç: "Qəbələ" ilə çempion olmaq vaxtıdır"

10:34 - 30 Yanvar 2017

"Qəbələ" razılığa gəldiyi Moldovanın "Şerif" klubunun futbolçusu Daniel Subotiçə rəsmi "facebook" vasitəsi ilə "hazırsanmı?" sualı ünvanlayıb.

 

Sportal.az xəbər verir ki, isveçrəli hücumçu bu suala cavabında bunları bildirib:

 

“Bura geri qayıtdığım üçün xoşbəxtəm. Qəbələ” ilə bağlı çoxlu xoş xatirələrim və bu klubda qazandığım uğurlar var. Yenidən bu cür böyük klubda oynamaq imkanı əldə etdim. İndi “Qəbələ” ilə çempion olmaq vaxtıdır. Mən buna hazıram”.

 

Qeyd edək ki, 2013/14 mövsümündə komandanın uğurları üçün çalışan 27 yaşlı forvard "qırmızı qaralar"ın heyətində 29 oyuna 12 qol vurmuşdu.

 

Əlavə edək ki, Subotiçin "Qəbələ"yə transferi haqda ilk olaraq Sportal.az saytı məlumat yayıb. (http://sportal.az/news/81432)

Xəbər xətti