Sabiq "Qarabağ"lı qovuldu

18:40 - 30 Yanvar 2017

Türkiyə I Liqasında mübarizə aparan "Göztəpə" klubu futbolçusu Leroy Corcla yollarını ayırıb. 

 

Sportal.az xəbər verir ki, bu barədə İzmir təmsilçisinin rəsmi saytı məlumat yayıb. Məlumatda bildirilir ki, Surinam əsilli hollandiyalı futbolçunun müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib. 

 

Türkiyə mətbuatının yaydığı xəbərə görə, Leroy karyerasını digər I liqa təmsilçisi "Adana Dəmirspor"da davam etdirəcək. O, dünən yeni komandasının düşərgəsində olub və fərdi şəkildə məşq edib.

 

Qeyd edək ki, 29 yaşlı futbolçu ötən mövsümün əvvəlində "Qarabağ"dan "Göztəpə"yə transfer edilmişdi.

Xəbər xətti