Reynaldo "Adanaspor"da debüt etdi

00:00 - 31 Yanvar 2017

"Qarabağ"ın sabiq futbolçusu Reynaldo yeni klubu "Adanspor"da ilk oyununa çıxıb.

 

Sportal.az xəbər verir ki, braziliyalı hücumçu Türkiyə superliqasının 19-cu turunda "Kasımpaşa" ilə matçda debüt edib. O, qarşılaşmanın 63-cü dəqiqəsində meydana daxil olub. Reynaldo oyuna daxil olduqdan sonra 100 faizli qol epizodunu dəyərləndirə bilməyib.

 

Əlavə edək ki, "Adanaspor" - "Kaşımpaşa" matçı meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Xəbər xətti