"Qəbələ"də ciddi itki

10:23 - 31 Yanvar 2017

"Qəbələ" ciddi itki ilə üzləşib.

 

Sportal.az xəbər verir ki, komandanın aparıcı üzvü Rafael Santos zədələnib. 32 yaşlı oyunçu Antalyada təşkil olunan təlim-məşq toplanışı çərçivəsində Qazaxıstanın "Atırau" klubu ilə keçirilən oyunda zədə alıb.

 

Diz nahiyəsindən zədələnən futbolçu azı iki ay yaşıl meydanlardan uzaq qalacaq. Braziliyalı müdafiəçi əməliyyat olunacaq.

 

Xəbər xətti