Demba Ba "Beşiktaş"da

17:15 - 31 Yanvar 2017

Türkiyə Super Liqasının lideri olan "Beşiktaş" hücum xəttini gücləndirib.

 

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "qara qartallar" Çinin "Şanxay Şenhua" komandasının futbolçusu Demba Banı heyətinə cəlb edib. 31 yaşlı forvard mövsümün sonunadən icarə əsasında İstanbul təmsilçisində çıxış edəcək.

 

Qeyd edək ki, seneqallı hücumçu 2014/2015-ci il mövsümündə "Beşiktaş"da çıxış edib və meydana çıxdığı 29 matçda 18 dəfə fərqlənib.

Xəbər xətti