"Zirə" qanalı futbolçu ilə müqavilə imzaladı

23:19 - 31 Yanvar 2017

“Zirə” heyətinə yeni futbolçu cəlb edib.

 

Sportal.az xəbər verir ki, paytaxt təmsilçisi  qanalı hücumçu Riçard Qadze ilə ilyarımlıq müqavilə imzalayıb.

 

Qeyd edək ki, 2012-ci ildə vətənində “Ebusua” klubunda peşəkar karyerasına başlayan 22 yaşlı hücumçu 3 il sonra Hindistan təmsilçisi “Delhi Dinamos”a keçib. Riçard həmçinin, icarə əsasında Finlandiyanın HİK klubunda da çıxış edib

 

Xəbər xətti