Qətər - Azərbaycan görüşünün vaxtı və stadionu açıqlandı

11:16 - 1 Fevral 2017

Qətər və Azərbaycan milli komandaları arasında martın 9-da keçiriləcək yoldaşlıq oyununun başlama saatı və keçiriləcəyi məkan məlum olub.
 

Sportal.az xəbər verir ki, matç Doha şəhərindəki Şeyx Cassim ibn Hamad adına stadionda keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 20:00 start götürəcək.

 

Qeyd edək ki, Şeyx Cassim ibn Hamad adına stadion 15 min azarkeş tutumuna malikdir.

 

Xəbər xətti