Azərbaycan - Almaniya - Biletlər satışda

13:20 - 1 Fevral 2017

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan - Almaniya oyununun biletləri bu gündən etibarən satışa çıxarılıb.
 
Sportal.az xəbər verir ki, biletləri 28 Mall Ticarət Mərkəzində, Bakcell Müştəri Xidmətləri mərkəzində (metronun Sahil stansiyasının yaxınlığı), Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında və Park Bulvar ticarət mərkəzində əldə etmək mümkündü. Həmçinin biletlərin online satışı www.tickets.affa.az saytında da həyata keçirilir.
 
Biletlərin qiyməti: 
 
VIP - 50 AZN
1-ci kateqoriya - 19 AZN
2-ci kateqoriya - 14 AZN
3-cü kateqoriya - 9 AZN
4-cü kateqoriya - 5 AZN
5-ci kateqoriya - 2 AZN

 

Qarşılaşma martın 26-da, saat 20:00-da, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

 

Xəbər xətti