"Ozancan Kökcünün əsas hədəfi budur"

14:21 - 1 Fevral 2017

Hollandiyanın “Feyenoord” klubunun futbolçusu Ozancan Kökcünün Azərbaycan millisindən imtina etməsi haqda məlumat vermişdik.

 
Gənc yarımmüdafiəçinin atası Halis Kökçü Sportal.az-a açıqlamasında xəbərləri təkzib edib:

 

"Bu xəbərlər həqiqəti əks etdirmir. Oğlum Azərbaycan millisinin futbolçusudur. Övladlarımı səhv salanlar olur. Buna görə də təəccüblənmirəm".

 

Atası oğlunun yığmamızı seçməsindən danışıb:

 

"Oğlum Hollandiya millisinin aşağı yaş qruplarında oynamışdı. Daha sonra Türkiyə variantı oldu. Ona görə də Hollandiya yığmasından imtina etdik. Lakin Türkiyə millisində oynamaq variantı da alınmadı. Azərbaycan tərəfi ilə danışıqlar apardıq. Azərbaycan tərəfi bizə layihələrini təklif etdi və biz bunu qəbul etdik. Ozancan Antalyadakı təlim-məşq toplanışına dəvət aldı. İlk oyununda da qol vurdu. Antalyada Türkiyə millisi ilə eyni oteldə qalırdılar. Oğlum orada düzgün qərar verdiyini mənə söylədi. Azərbaycan tərəfi bizi çox isti qarşılamışdı. Millinin məşqçiləri və nümayəndələri ilə də görüşmüşdüm. Hədəfləri haqda mənə danışdılar. İnanıram ki, hər şey yaşı olacaq. Ozancanın hədəfi Azərbaycanın əsas yığmasının formasını tərlətməkdi. Bunu bacaracağına inanıram. İnşallah bacarar".

 

 

Halis Kökcü aparıcı klubların hədəfində olan oğlunun transferi haqda da danışıb:

 

“Feyenoord”la müqaviləmiz mövsümün sonuna qədərdir. Sözləşməni uzada da bilərik. Amma Ozancan daha çox üzərində çalışmağa davam etməlidir. Bu xəbərlərə isə fikir verməməlidir”.

 

Xəbər xətti