"Qarabağ" qarda da dayanmayacaq

15:15 - 1 Fevral 2017

Azərbaycan Premyer Liqasının 16-cı turunda AZAL-la qarşılaşacaq “Qarabağ” bu oyunun hazırlıqlarını davam etdirir.

 

Sportal.az xəbər verir ki, Bakıya güclü qar yağmasına və meydançanın ağa bürünməsinə baxmayaraq, baş məşqçi Qurban Qurbanov bu gün məşq təyin edib. Bu məqsədlə “Azərsun Arena”nın meydançalarının qardan təmizlənməsinə başlanılıb.


Məşqin saat 17:00-a keçirilməsi nəzərdə tutulub.

 

Image may contain: one or more people, people playing sports and outdoor

Xəbər xətti