"Qəbələ" yeni transferlərini sifariş etdi

15:29 - 1 Fevral 2017

"Qəbələ" Azərbaycan Premyer Liqasında 2016/2017 mövsümünün ikinci yarısı üçün PFL-ə iki futbolçu sifariş edib.
 
Sportal.az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, yeni transferlər olan Rasim Ramaldanov və Daniel Subotiçin adı "qırmızı-qaralar"ın iştirak ərizəsində yer alıb.

 

Qeyd edək ki, yeni klublarında Subotiç 31, Ramaldanov isə 5 nömrəli forma ilə çıxış edəcəklər.

Xəbər xətti