"Liverpul" milli üzvünü göndərdi

17:58 - 1 Fevral 2017

İngiltərənin "Liverpul" klubu futbolçusunu komandadan göndərib.

 

Sportal.az xəbər verir ki, "qırmızılar" Fransa millisinin üzvü Mamadu Sakonu Premyer Liqa təmsilçisi "Kristal Pelas"a icarəyə verib. İcarə müddəti mövsümün sonunadək nəzərdə tutulub.

 

Qeyd edək ki, 26 yaşlı müdafiəçi 2013-cü ildən "Liverpul"da çıxış edir. Fransız futbolçu Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 56 qarşılaşmada 2 dəfə fərqlənməyi bacarıb.

Xəbər xətti