"Milan"ın futbolçusu üçün mövsüm erkən başa çatdı

20:02 - 1 Fevral 2017

İtaliyanın "Milan" klubunun heyətində ciddi itki baş verib.

 

Sportal.az xəbər verir ki, Seria A təmsilçisinin aparıcı futbolçularından olan Cakomo Bonaventura sıradan çıxıb. İtaliya çempionatının 22-ci turu çərçivəsində "Udineze"yə qarşı keçirilən matçda (1 - 2) zədələnən futbolçunun durumu ciddidi.

 

Belə ki, İtaliya milli komandasının üzvü Finlandiyada əməliyyat olunacaq. 27 yaşlı yarımmüdafiəçi 4 ay yaşıl meydanlardan uzaq qalacaq. Bu isə Bonaventura üçün mövsümün başa çatması deməkdi.

Xəbər xətti