İtaliya kuboku: "Roma" "Latsio"ya rəqib oldu

11:14 - 2 Fevral 2017

İtaliya kubokunda son yarımfinalçı bəlli olub.

 

Sportal.az xəbər verir ki, 1/4 final mərhələsinin son oyununda “Roma” “Çezena”nı 2:1 hesabıyla məğlub edərək, yarımfinala adlayıb.

 

“Canavarlar” finala vəsiqə uğrunda şəhərin digər təmsilçisi, əzəli rəqibi “Latsio” ilə qarşılaşacaq. Digər cütdə isə “Yuventus” və “Napoli” münasibətlərinə aydınlıq gətirəcəklər.

 

İtaliya kuboku, 1/4 final

Roma - Çezena 2:1
Qollar:
Dzeko, 6. Totti, 90+7 (pen.) - Qarritano, 73.

 

 

Xəbər xətti