"Yuventus"da yeni müqavilə

16:59 - 2 Fevral 2017

"Yuventus" futbolçusu  Ştefan Lixtştaynerlə yeni müqavilə imzalayıb.

 

Sportal.az klubun saytına istinadən  yaydığı xəbərə görə, 33 yaşlı müdafiəçi ilə müqavilənin müddəti 2018-ci ilə qədər uzadılıb.

 

Qeyd edək ki, İsveçrə millisinin üzvü 2011-ci ildən "Yuventus"da çıxış edir. O, indiyə kimi 213 oyunda 15 qol vurub, 26 qolun ötürməsini verib.

Xəbər xətti