"Real"ın zədəliləri komandaya qoşuldu

17:55 - 2 Fevral 2017

Madridin “Real” klubunun iki zədəli futbolçusu sıraya dönüb.

 

Sportal.az xəbər verir ki, söhbət müdafiəçi Marselo və yarımmüdafiəçi Luka Modriçdən gedir. Yanvarın 21-də “Malaqa” ilə (2:1) keçirilən qarşılaşmada zədə alan futbolçular artıq komanda ilə birlikdə məşqlərə start veriblər. Ancaq onların “Selta” ilə La Liqanın XXI turu matçında iştirakı sual altındadı.

 

Qeyd edək ki, “Selta” – “Real” matçı fevralın 5-də keçiriləcək.

Xəbər xətti