"Milan" daha bir futbolçusunu itirdi

00:34 - 3 Fevral 2017

“Milan”ın daha bir futbolçusu sıradan çıxıb.

 

Sportal.az xəbər verir ki, müdafiəçi Luka Antonelli ayaq əzələsindən zədə alıb. İtaliya millisinin üzvünün 1 ay meydana çıxa bilməyəcəyi gözlənilir.

 

Qeyd edək ki, “Milan”ın daha bir futbolçusu – Cakomo Bonaventura isə zədə səbəbindən mövsümü erkən başa vurub.

Xəbər xətti