Arda Turana 100 milyon avroluq təklif

13:25 - 3 Fevral 2017

Çin klubları “Barselona”nın futbolçusu Arda Turandan əl çəkmirlər.

 

Sportal.az "beİN Sports"a istinadən xəbər verir ki, çinlilər təcrübəli futbolçuya növbəti dəfə təklif göndəriblər. Belə ki, “Quançjou Everqrand” klubu Türkiyə millisinin üzvünə  4 illik müqavilə və 100 milyon avro pul təklif edib. 30 yaşlı futbolçunun meneceri gələn həftə Çinə gedərək, klub rəsmiləri ilə bu məsələni müzakirə edəcək.

 

Qeyd edək ki, Çində qış transfer dönəmi martın 1-də bağlanacaq.

Xəbər xətti