Araz Abdullayev: "Mən o fikirdə deyiləm" MÜSAHİBƏ

13:05 - 4 Fevral 2017

Premyer Liqanın XVI turunda üz-üzə gələn “Qəbələ” – “Neftçi” oyunundan sonra (1:0) meydan sahiblərinin futbolçusu Araz Abdullayev müsahibə verib.

 

- Matç bizim üçün çətin başladı. Erkən qol vurmağa çalışırdıq ki, sonrakı dəqiqələrdə daha rahat olsun. Vaxt keçdikcə qol vura bilmirdik və bunun da gərginliyi var idi. İkinci hissədə də bütün diqqətimizi qol vurmağa yönəltmişdik. Hücumların sona çatdırılması baxımından çətinlik yaşasaq da, nəhayət bizə lazım olan qolu vura bildik.

 

- Başqa komandanın formasında “Neftçi”yə qarşı oynamaq necə hissdi?
- Doğrudur, neçə illər “Neftçi”də çıxış etmişəm. Ancaq hazırda “Qəbələ”nin formasını geyinirəmsə, çalışıram ki, bu komandaya layiq çıxış edim.

 

- Həyəcan var idimi?
- Həyəcan yox idi, sadəcə çalışırdım ki, doğma azarkeşlər önündə daha yaxşı futbol göstərim.

 

- Əgər qol vursaydın, bunu xüsusi canfəşanlıqla qeyd edəcəkdiniz?
- Xeyr. Qol vursaydım, bunu xüsusi qeyd etməyəcəkdim.

 

- Uyğunlaşma prosesi necə gedir? Adaptasiya ola bilmisiniz?
- Bəli, adaptasiya olmuşam. Sadəcə bir az da vaxt lazımdı ki, öz oyunumu tam tapım.

 

- Roman Qriqorçuk məşqçi kimi necə təsir bağışlayır?
- Əla məşqçidi. Çalışıram ki, onun bütün tapşırıqlarını tam yerinə yetirim.

 

- Digər çalışdığın baş məşqçilərlə onun arasında hansı fərqlər var?
- Roman Qriqorçuk daha çox taktika üzərində işləyir. Meydandakı düzülüşə qədər incəliyinə kimi başa salır. Bu da mənim üçün bir az fərqli məşq metodudur.

 

- Belə bir düşüncə var ki, Araz çılğın futbolçudur...
- İnsanlar bir az fərqli şeylər düşünürlər. Ancaq mən o fikirdə deyiləm. (Newsport.az)

Xəbər xətti