Budaq Nəsirov zədələndi

14:55 - 5 Fevral 2017

Bu gün Portuqaliya Sequndasında XXV turun növbəti oyunları keçiriləcək. 

 

Sportal.az xəbər verir ki, millimizin üzvü Budaq Nəsirovun formasını geyindiyi "Sportinq"in B komandası növbəti matçına çıxacaq. Lissabon təmsilçisi doğma azarkeşləri önündə "Famalikao"nu qəbul edəcək. 

 

Görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq. 

 

"Sportinq"in əsas üzvü olan Nəsirov bu oyunda şans qazanmayacaq. Buna səbəb gənc oyunçunun son məşqlərin birində zədələnməsi olub. Budaqın zədəsi ciddi deyil və növbəti oyuna hazır olacaq.

 

Qeyd edək ki, mövsümün əvvəlində "Sportinq"ə transfer olunan Nəsirov komandanın heyətində çıxdığı 16 oyunda 1 qol vurmağı bacarıb. 

Xəbər xətti