Türkiyə millisinin üzvü "Borussiya"da

15:52 - 5 Fevral 2017

Türkiyə millisinin üzvü Ömər Toprak Dortmundun "Borussiya" klubuna transfer olunub. 

 

Sportal.az xəbər verir ki, Leverkuzenin "Bayer" klubunda çıxış edən futbolçu növbəti mövsümdən "Borussiya"nın uğurları üçün çalışacaq. Bu barədə məlumatı "Bayer"in rəsmi saytı yayıb. Məlumatda bildirilib ki, 24 yaşılı müdafiəçi Dortmund klubu ilə 4 illik müqavilə imzalayıb. 

 

Qeyd edək ki, Türkiyə millisinin üzvü Əmrə Mor da "Borussiya"da çıxış edir.

Xəbər xətti