"Traktor Sazi" liderlə bacarmadı

18:27 - 5 Fevral 2017

İran Pro Liqasında 20-ci tura yekun vurulub.

 

Sportal.az xəbər verir ki, Təbrizin "Traktor Sazi" klubu bu tur səfərdə lider "Persepolis"in qonağı olub. Qarşılaşma meydan sahiblərinin 3 - 0 hesablı qələbəsiylə başa çatıb.

 

Bu nəticədən sonra aktivində 38 xal olan Cənubi Azərbaycan təmsilçisi 2-ci pillədəki mövqeyini qoruyub. "Persepolis" isə xallarını 47-yə yüksəldib.

Xəbər xətti