Budaq Nəsirovsuz "Sportinq" heç-heçə etdi

00:15 - 6 Fevral 2017

Portuqaliya Sequndasında 25-ci tura yekun vurulub.

 

Sportal.az xəbər verir ki, həmyerlimiz Budaq Nəsirovun şərəfini qoruduğu “Sportinq”in B komandası evdə “Famalikao” ilə qarşılaşıb. Zədəli olan Budaqın adı matçın iştirak ərizəsinə salınmayıb.

 

Oyun isə 1:1 hesablı bərabərliklə nəticələnib.

 

25 turdan sonra hesabında 27 xal olan “Sportinq B” 22 komanda arasında 19-cu pillədə qərarlaşıb.

Xəbər xətti