Adı "Neftçi" ilə hallanan futbolçu: "Rəhbərlik bunu açıq şəkildə bildirdi"

15:35 - 6 Fevral 2017

Polşa Ekstraklasasında çıxış edən “Yagelloniya” klubunun yarımmüdafiəçisi Konstantin Vasilyevin "Neftçi"nin hədəfində olduğu, lakin bu transferin baş tutmadığı haqda məlumat vermişdik.

 

Sportal.az xəbər verir ki, estoniyalı futbolçu bu haqda açıqlama verib:

 

"Rəhbərlik məni göndərməyəcəyini açıq şəkildə bildirdi. Bütün təkliflər rədd edildi. Bu mövsüm bizim üçün uğurlu keçir. "Yagelloniya" ilə çempion olacağımıza inanıram. Müqaviləm isə mövsümün sonunda başa çatacaq. Daha sonra nələrin baş verəcəyini birlikdə görəcəyik".

 

Qeyd edək ki, “Yagelloniya” Polşa Ekstraklasasında 39 xalla liderdir. 32 yaşlı hücumameyilli yarımmüdafiəçi komandasının əsas fiqurlarından biridir. O, bu mövsüm 10 qol vurub və 9 assist edib.

Xəbər xətti