Konteyə İtaliyadan fantastik təklif

16:40 - 6 Fevral 2017

“Çelsi”nin baş məşqçisi Antonio Konte gələn mövsüm İtaliyaya qayıda bilər.

 

Sportal.az xəbər verir ki, Milanın “İnter” klubunun rəhbərliyi 47 yaşlı mütəxəssisi komandanın "sükanı arxası"nda gətirmək istəyir.

 

Klubun çinli sahibinin Konteyə illik 15 milyon avro maaş, üstəlik iddialı komanda yaratmaq üçün 400 milyon avro dəyərində transfer büdcəsi ayıracağı qeyd edilib.

 

Qeyd edək ki, mütəxəssis karyerası ərzində "Bari", "Atalanta", "Siena", "Yuventus" kimi klubları və İtaliya millisini çalışdırıb.

Xəbər xətti