"Yuventus"un futbolçusu Çin klubunda

00:47 - 7 Fevral 2017

“Yuventus”un futbolçusu Hernanes karyerasını Çində davam etdirəcək.

 

Sportal.az xəbər verir ki, braziliyalı yarımmüdafiəçi Superliqada mübarizə aparan “Fortune” klubuna keçəcək. Çin klubunun bu transfer qarşılığında Turin təmsilçisinə 10 milyon avro ödəyəcəyi bildirilir.

 

Qeyd edək ki, 31 yaşlı futbolçu 2015-ci ildən "Yuventus"da çıxış edir.

Xəbər xətti