"Zirə" Krnetanın xidmətindən məhrum oldu

10:46 - 7 Fevral 2017

Premyer Liqanın 16-cı turunda doğma meydanda "Kəpəz"lə qarşılaşan "Zirə" ciddi itki ilə üzləşib.
 
Sportal.az xəbər verir ki, 1:0 hesablı qələbə qazanan "qartallar" əsas müdafiəçisini itirib. Belə ki, Gəncə klubuna qarşı matçda sarı vərəqə alan Yovan Krneta cəzalı duruma düşüb.
 
Mövsüm ərzində 4-cü dəfə sarı vərəqə alan 24 yaşlı serbiyalı futbolçu 17-ci tur çərçəivəsində "Qarabağ"a qarşı keçiriləcək matçda komandasına kömək edə bilməyəcək.

 

Bundan əlavə, "Kəpəz"lə oyunda qırmızı vərəqə alaraq meydandan qovulan Sezar Mezak Kolli də Ağdam klubuna qarşı oynamayacaq.

 

Qeyd edək ki, "Qarabağ" - "Zirə" matçı fevralı 8-i, saat 17:30-da start götürəcək.

Xəbər xətti