"İnter"də ciddi itki

11:42 - 7 Fevral 2017

Premyer Liqanın 16-cı turunda "Sumqayıt"la qarşılaşan "İnter" ciddi itki ilə üzləşib.
 
Sportal.az xəbər verir ki, 2:2 hesablı heç-heçə ilə başa çatan matçda "bankirlər" əsas futbolçusunu itirib. Belə ki, "kimyaçılar"a qarşı görüşdə sarı vərəqə alan Elnur Abdullayev cəzalı duruma düşüb.
 
Mövsüm ərzində 4-cü dəfə sarı vərəqə alan yarımmüdafiəçi 17-ci tur çərçəivəsində "Neftçi"yə qarşı keçiriləcək matçda komandasına kömək edə bilməyəcək.
  
Qeyd edək ki, "Qarabağ" - "Zirə" matçı fevralı 9-u, saat 17:30-da start götürəcək.

Xəbər xətti