Türkiyə millisinin sabiq üzvü işsiz qaldı

15:00 - 7 Fevral 2017

Türkiyənin 3-cü liqasında çıxış edən “Sakaryaspor” baş məşqçisi Tuncay Şanlı ilə yolları ayırıb.


Sportal.az xəbər verir ki, klub rəhbərliyi Tuncay Şanlı ilə görüşdən sonra mütəxəssislə işbirliyinə son qoymaq qərarına gəlib.

 

Xatırladaq ki, Tuncay Şanlı futbolçu kimi “Sakaryaspor”un yetirməsi olub. Türkiyə millisinin sabiq üzvü Sakarya təmsilçisinin “sükanı arxasına” ötən ilin sonlarında keçmişdi.


“Sakaryaspor” gənc mütəxəssisin rəhbərliyi altında cari mövsümdə meydana çıxdığı 13 oyunda 6 qələbə, 4 heç-heçə və 3 məğlubiyyət əldə edib.

 

Xəbər xətti