Fanatlar klub prezidentinin avtomobillərini yandırdı

15:59 - 7 Fevral 2017

İtaliyanın “Peskara” klubunun prezidenti Daniele Sebastiani xoşagəlməz hadisə ilə üzləşib.

 

Sportal.az xəbər verir ki, klub rəhbərinin avtomobilləri yandırılıb. Məsələ burasındadı ki, komandanın uğursuz çıxışına görə azarkeşlər klubun patronunu günahkar bilir. Buna görə, Sebastianinin istefasını tələb edən fanatlar onun iki avtomobilinə od vurublar.


Yalnız bu hadisədən sonra klub prezidenti ilin sonunda tutduğu vəzifədən ayrılacağını bildirib.

 

Qeyd edək ki, “Peskara” 23 turdan sonra 9 xalla turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.

 

Xəbər xətti