Canlı yayıma görə bir oyunun vaxtı dəyişdirildi

16:31 - 7 Fevral 2017

Azərbaycan çempionatının I divizionunun XV turu çərçivəsində ba tutacaq bir oyunun başlama vaxtı dəyişdirilib. 

 

Sportal.az xəbər verir ki, söhbət fevralın 11-də "Bayıl Arena"da baş tutacaq MOİK - "Səbail" oyunundan gedir. Matç əvvəlcədən nəzərdə tutulduğu kimi saat 14:00-da yox, 19:15-də başlayacaq. Buna oyunun canlı yayımlanması səbəb olub.

 

Qeyd edək ki, XV turun qalan oyunlarlı saat 14:00-da start götürəcək.

Xəbər xətti