"Atletiko"da faciə: 5 nəfər dünyasını dəyişdi

17:50 - 7 Fevral 2017

İspaniyanın "Atletiko" klubunun azarkeşləri avtomobil qəzasına düşüb. 
 
Sportal.az xəbər verir ki, hadisə nəticəsində 4 fanat dünyasını dəyişib. Madridin klubunun rəsmi saytından bildirilib ki, qəza Torre-Paçeko şəhərində baş verib. İki avtomobilin toqquşması nəticəsində 5 nəfər dünyasını dəyişib ki, onlardan 4-ü klubun azarkeşləri olub.
 
Bu hadisəyə görə bu gün İspaniya kuboku çərçivəsində keçiriləcək "Barselona" - "Atletiko" 1 dəqiqəlik sükutla başlayacaq. Artıq məsələ ilə bağlı klublar arasında danışıqlar olub.

Xəbər xətti