Daha bir ulduz karyerasını başa vurur

12:22 - 8 Fevral 2017

Daha bir ulduz oyunçu futbolla vidalaşır.

 

Sportal.az xəbər verir ki, söhbət "Bavariya"nın kapitanı Filip Lamdan gedir. 33 yaşlı müdafiəçi mövsümün sonunda karyerasını başa vuracaq. Bu barədə məlumatı futbolçunun özü verib:

 

“Klub rəhbərliyinə karyeramı bitirəcəyimlə bağlı məlumat vermişəm. Mənim işə yanaşma tərzim belədi: məşqdə və oyunda maksimum qüvvə sərf etmək. Mövsümün sonuna qədər bu işin öhdəsindən gələcəyimə əminəm. Amma növbəti mövsüm bunu edə bilmərəm. Ona görə də, böyük futboldan getməyə qərar verdim. İdman direktoru məsələsinə gəldikdə isə, mənim “Bavariya” rəhbərliyilə konstruktiv söhbətim oldu. Belə hesab edirəm ki, hələ bu vəzifəni tutmaq üçün məqam çatmayıb. Karyeramı bitirəndən dərhal sonra bu postu tuta bilmərəm. Mənə bir qədər fasilə lazımdı”.

 

Qeyd edək ki, Lam "Bavariya"nın yetirməsidir.

 

Əlavə edək ki, "Bavariya"nın digər futbolçusu Xabi Alonso da mövsümün sonunda karyerasını başa vuracaq.

 

Xəbər xətti