Rinat Bilyaletdinov: "Azərbaycana getmək istəyirəm"

12:29 - 8 Fevral 2017

Tanınmış rusiyalı məşqçi Rinat Bilyaletdinov Azərbaycana gəlmək istədiyini açıqlayıb.

 

Sportal.az xəbər verir ki, “Sport-ekspress”ə müsahibəsində o deyib ki, məmnuniyyətlə Azərbaycan, Gürcüstan və Ermənistana səfər edərək bu ölkələrdə futbolun durumu öyrənmək istəyir: 

 

“Artıq 10 gündü Latviyadayam. Yerli futbolu izləyib, özüm üçün qeydlər edirəm. Məni Yurmala “Spartak”ından olan dostlarım bura dəvət edib. Komandaya rəhbərlik edəcəyim haqda danışmaq tezdi. Bunun üçün hər iki tərəfin razılığı lazımdı. Mənə digər ölkələrin futbolunu izləmək maraqlıdı. Gürcüstana da, Azərbaycana da, Ermənistana da məmnuniyyətlə gedərəm. Onları Rusiya futbolu ilə müqayisə etmək maraqlıdı”.

 

Son olaraq Kazan "Rubin"ində çalışan Bilyaletdinov hazırda Latviyada səfərdədir. 59 yaşlı mütəxəssis bu ölkənin “Spartak” klubunu çalışdıracağını istisna etməyib.

 

Xəbər xətti