FİFA-nın reytinq cədvəli: Millimiz irəlilədi

13:25 - 9 Fevral 2017

FİFA milli komandaların yeni reytinq siyahısını açıqlayıb.

 

Sportal.az-ın FİFA-nın saytına istinadən yaydığı xəbərə görə, milli komandamız ötən ayla müqayisədə 1 pillə irəliləyib. Ehtiyatında 388 xal olan millimiz 89-ci pillədə qərarlaşıb.

 

Yığmamızın DÇ-2018-in seçmə mərhələsindəki rəqiblərindən Almaniya 1433 xalla 3-cü,  Şimali İrlandiya 772 xalla 34-cü,  Çexiya 669 xalla 45-ci, Norveç 4261 xalla 81-ci, San Marino isə 17 xalla 202-ci yerdə qərarlaşıb.

 

Qeyd edək ki, siyahıya 1635 xalla Argentina millisi başçılıq edir. Braziliya 1529 xalla ikincidir.

Xəbər xətti