Budaq Nəsirova oynamağa icazə vermədilər

14:50 - 9 Fevral 2017

Portuqaliyanın "Sportinq" klubunda forma geyinən millimizin üzvü Budaq Nəsirov bu gün Sequndanın XXVI turu çərçivəsində baş tutacaq "Vizela" - "Sportinq" matçında iştirak etməyəcək.

 

Sportal.az xəbər verir ki, buna istedadlı futbolçunun zədəsini sağaltmaması səbəb olub. Əzələsindəki ağrılara görə, ötən tur "Famalikao" ilə matçda iştirak edə bilməyən futbolçu bu gün baş tutacaq səfər oyununda da oynaya bilməyəcək. Belə ki, klubun həkimləri onun oynamasına icazə verməyiblər. Gənc yarımmüdafiəçinin növbəti turun oyununa hazır olacağı gözlənilir. 


Qeyd edək ki, mövsümün əvvəlində "Sportinq"ə transfer olunan Nəsirov komandanın heyətində çıxdığı 16 oyunda 1 qol vurmağı bacarıb.

 

Xəbər xətti