Elxan Abdullayev: "Bu 3 xal bizə çox lazım idi" MÜSAHİBƏ

19:49 - 9 Fevral 2017

“Komandamı təbrik edirəm. Bu 3 xal bizə çox lazım idi”.

 

Sportal.az xəbər verir ki, bu sözlər “Neftçi”nin baş məşqçisi Elxan Abdullayevə məxsusdu. Azərbaycan Premyer Liqasının XVII turunda “İnter”in qonağı olan paytaxt təmsilçisi 3:1 hesablı qələbəyə sevinib.
 
Matçdan sonra təşkil edilən mətbuat konfransında Abdullayev fikrini bu sözlərlə davam etdirib: “Yeni ildən sonrakı ilk iki görüşdə qələbə qazana bilməmişdik. İlk hissədə erkən qol vursaq da, bir ara problem yaşadıq. Amma ikinci hissədə gözəl futbol oynadıq. Hücumçularımızın qol vurmasına çox sevindim. Potensialımız var, daha yaxşı oyun göstərmək olar”.
 
- Bu oyunla 4-cü pilləyə qalxmaq perspektiviniz nə qədərdi?
- Fasilədən əvvəl uşaqlara deyirdim ki, nə vaxtsa itirilən xallar bizə lazım olacaq. 3 xala görə vuruşacağıq. Biz öz oyunumuzu göstərib qələbələrimizi qazanmağa çalışacağıq.
 
- Növbəti turda “Sumqayıt”la qarşılaşacaqsınız. Bu oyundan nə gözləyirsiniz?
- Ağır oyun olacaq. Amma qələbə qazanmağa çalışcağıq.
 
- Düşünmək olarmı ki, “Neftçi” tamamilə dəyişib?
- Bəli, çox dəyişib. Futbolçular özlərinə inamlı çıxış edirlər. Buraxılan qola görə qapıçımızı qınamıram. Çoxdandı oynamır, praktika baxımdan problemi var. Təəssüf ki, mövsümün əvvəlində bu heyətlə oynamırdıq.
 
- Bugünkü “Neftçi” sizin tam görmək istədiyiniz komandadı?
- Əlbəttə, xeyr. Biz üzərimizdə çox işləməliyik. Heç bir məşqçi tam razı qala bilməz.
 
- Bu gün limitə görə Maksim Vaylonu oynatdınız. Bu problem nədən qaynaqlanır?
- Bizdə 5 zədəli yerli futbolçu var. Baykoviç sözsüz ki, Vaylodan güclüdü. Amma onu qınamırıq. Çalışacağıq gələn matçlarda da ona şans verək. (Apasport.az)

Xəbər xətti