Premyer Liqamızın 17-ci turunu nə qədər azarkeş izlədi?

10:10 - 10 Fevral 2017

Azərbaycan Premyer Liqasının 17-ci turu üçün azarkeş sayı açıqlanıb.

 

Sportal.az xəbər verir ki, turda ən çox azarkeş “Sumqayıt” - “Kəpəz” (3:1) və “İnter” - “Neftçi” (1:3) oyunlarında qeydə alınıb. Həm Sumqayıtdakı, həm də Bakıda, “İnter Arena”dakı qarşılaşmanı eyni sayda, 1200 tamaşaçı stadiondan izləyib. Bu, 17-ci turda qeydə alınmış ən yüksək nəticədi.

 

Turun antirekordu isə Suraxanıda qeydə alınıb. “Azersun Arena”da keçirilmiş “Qarabağ” - “Zirə” matçını (2:0) cəmi 700 tamaşaçı izləyib.

 

Qəbələdə keçirilmiş “Qəbələ” - AZAL qarşılaşmasında (2:0) isə 1000 tamaşaçı qeydə alınıb.

 

Ümumilikdə, turun 4 oyununu 4100 azarkeş izləyib ki, bu da, hər oyuna orta hesabla 1025 tamaşaçı deməkdi.

Xəbər xətti