"Trabzonspor" rəsmisindən Ramil Şeydayev açıqlaması: "Müqavilə imzalayacaq"

11:11 - 10 Fevral 2017

Türkiyənin "Trabzonspor" klubunun heyətinə düşməkdə çətinlik çəkən millimizin üzvü Ramil Şeydayevin adı Slovakiyanın "Jilina" klubu ilə birgə hallanır. 

 

Sportal.az saytı məsələni dəqiqləşdirmək üçün Qara dəniz təmsilçisinin meneceri Mərt Tuncay ilə əlaqə saxlayıb. Klub rəsmisi əməkdaşımızla söhbətində məsələni təsdiq edib: "Bəli, hazırda danışıqlar gedir. Ola bilər ki, Ramil Slovakiyaya üz tutsun. Əgər dnışıqlar müsbət yekunlaşsa, futbolçumuz "Jilina" ilə müqavilə imzalayacaq". 

 

Klub rəsmisi Şeydayevin hələlik "Trabzonspor"un düşərgəsində olduğunu açıqlayıb: "Şeydeyevin Türkiyədən getməsi ilə bağlı yayılan xəbərlər həqiqət deyil. O, hazırda klubumuzun düşərgəsindədir. Yəqin ki, 1-2 günə bütün suallara aydınlıq gələcək". 

 

Qeyd edək ki, Ramil Şeydayevin Slovakiya çempionatının lideri "Jilina" ilə 1,5 illik müqavilə imzalayacağı gözlənilir. 

Xəbər xətti