"Roma"nın futbolçusu: "Yuventus"a nifrət edirəm"

13:41 - 10 Fevral 2017

"Roma"nın futbolçusu Raca Naynqolan maraqlı açıqlama verib.

 

Sportal.az xəbər verir ki, 28 yyaşlı belçikalı yarımmüdafiəçi "Yuventus"a nifrət etdiyini bildirib:

 

"Yuventus"a "Kalyari"də oynayarkən nifrət edirdim. "Roma"ya transfer olunanda duyğularımda bir dəyişiklik hiss etmədim. Hakimlər tərəfindən müdafiə olunmaqları xoşuma gəlmir. Həmişə penalti ya da standart vəziyyətləri sayəsində qalib olurlar. "Yuventus"u məğlub etmək üçün bütün gücümü ortaya qoyuram. "Roma"ya transfer olunmağımın səbəblərindən biri də budur. Bəlkə çempion ola bilmədik. Amma İtaliya kubokunu qazanacağıq".

 

Qeyd edək ki, Naynqolan 2014-cü ildən "Roma"da çıxış edir.

 

Xəbər xətti