Premyer Liqanın 150-ci qolunu kim vurdu?

13:54 - 10 Fevral 2017

Azərbaycan Premyer Liqasında mövsümün yubiley qolu vurulub.

 

Sportal.az xəbər verir ki, 17-ci turun “Qarabağ” - “Zirə” görüşündə (2:0) qeydə alınan ilk top mövsümdə 150-ci olub. Bu qola Ağdam klubunun futbolçusu Əfran İsmayılov imza atıb. Belə ki, bu turadək 147 vurulmuşdu. Turun ilk gününün 3-cü qolu mövsümdə 150-ci kimi tarixə düşüb.

 

Xatırladaq ki, çempionatın 1-ci qolunu 2016-cı il avqustun 6-da keçirilən AZAL - “Neftçi” oyununun (0:2) 60-cı dəqiqəsində qonaqların futbolçusu Elvin Bədəlov vurub. 50-ci qol isə “Qarabağ”ın yarımmüdafiəçisi Rahid Əmirquliyevin hesabındadı. O, 5-ci turun sentyabrın 19-da keçirilən “Zirə”ylə matçının (2:0) 20-ci dəqiqəsində fərqlənib. 100-cü qol isə 10-cu turun oktyabrın 30-da baş tutan “İnter” - “Sumqayıt” (3:1) görüşünə təsadüf edib. Nizami Hacıyevin 80-ci dəqiqədəki qolu yubiley xarakteri daşıyıb.

Xəbər xətti