"Jilina"nın baş məşqçisi Şeydayevdən danışdı: "Onu bir müddətdi izləyirdik"

11:51 - 11 Fevral 2017

Millimizin üzvü Ramil Şeydayevin Slovakiyanın “Jilina” klubuyla anlaşdığı barədə məlumat vermişdik.

 

Sportal.az xəbər verir ki, “Jilina”nın baş məşqçisi Adrian Qula millimizin hücumçusu barədə fikirlərini klubun saytına bildirib:

 

“Biz Azərbaycan millisinin gənc futbolçusunu bir müddətdi izləyirdik. O, Türkiyədə çox şans qazana bilmədi. Şeydayev “Zenit”in yetirməsidi. Klubumuzun yeni siyasətinə əsasən, gənc oyunçulara daha çox üstünlük verəcəyik. Onun burada özünü yaxşı tərəfdən göstərəcəyinə inanıram”.

 

Xatırladaq ki, Şeydayev “Trabzonspor”dan “Jilina”ya 1,5 illik icarəyə verilib.

Xəbər xətti