Messi yeni müqavilə imzaladı

15:15 - 11 Fevral 2017

İspaniya La Liqasında mübarizə aparan "Barselona"nın ulduz futbolçusu Lionel Messi "Adidas" şirkəti ilə müqaviləsini yeniləyib.

 

Sportal.az-ın məlumatına görə, argentinalı futbolçu alman şirkəti ilə karyerasının sonuna qədər müqavilə imzalayıb.

 

Messinin yeni müqaviləsinnin şərtləri haqda məlumat verilməyib.

Xəbər xətti