"Şəmkir" və "Zaqatala" turu 3 xalla başa vurdu

17:30 - 11 Fevral 2017

Bu gün futbol üzrə Azərbaycan çempionatının birinci divizionunun 15-ci turunda daha iki qarşılaşma baş tutub.

 

Sportal.az xəbər verir ki, "Şəmkir" doğma azarkeşləri önündə "Şahdağ"ı qəbul edib. Qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

 

Digər qarşılaşmada isə "Zaqatala" "Rəvan"ı qonaq edib. 4 qolun vurulduğu oyunda zaqatalalılar 3:1 hesablı qələbəyə sevinib.

 

Günün son matçında isə "Səbail"i MOİK-i qəbul edəcək.

Xəbər xətti