"Yuventus"da ciddi itki

18:42 - 11 Fevral 2017

"Yuventus"un heyətində ciddi itki baş verib.

 

Sportal.az xəbər verir ki, Turin təmsilçisinin müdafiəçisi Andrea Barzaqli sıradan çıxıb. İtaliya millisinin üzvü 20 gün yaşıl meydanlardan uzaq qalacaq.

 

Qeyd edək ki, təcrübəli futbolçu bu mövsüm "Yuventus"un heyətində 11 qarşılaşmada meydana çıxıb.

Xəbər xətti