Renat Dadaşov "Ştutqart"a qarşı 90 dəqiqə oynadı

00:45 - 12 Fevral 2017

Almaniyanın Gənclər Liqasının cənub-qərb zonası üzrə birincilikdə 17-ci turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, Azərbaycan yığmasında oynamağa razılıq verən Renat Dadaşovlu “Ayntraxt”ın U-19 komandası da növbəti matçına çıxıb. Sözügedən komanda səfərdə "Ştutqart"la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan 1 -3 hesablı məğlubiyyətlə ayrılıb.

 

Dadaşov start heyətdə başladığı bu oyunun sonunadək meydanda olub. Hazırda futbolçumuzun komandası 23 xalla 14 klub arasında 7-ci pillədə qərarlaşıb.

Xəbər xətti